Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Putin Makronla Qarabağdan danışıb

19.08.2021 21:09 1 203
Putin Makronla Qarabağdan danışıb
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.

Həmçinin söhbət əsnasında Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.

Bununla yanaşı, Putin və Makron, ilk növbədə, ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar.

Son xəbərlər