Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkim: “Yaxın 10 gün ərzində yoluxmada zirvəni görüb-görməyəcəyimiz bəlli olacaq” - VİDEO

19.08.2021 16:23 1 221
Həkim: “Yaxın 10 gün ərzində yoluxmada zirvəni görüb-görməyəcəyimiz bəlli olacaq” - VİDEO
“IV dalğa yüksələn xətlə inkişaf edir. Hələlik bu, zirvə deyil. Yəqin ki, yaxın 10 gün ərzində zirvəni görüb-görməyəcəyimiz bəlli olacaq”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, yoluxma sayında dəhşətli rəqəmlər olmayacaq:

“Cəmiyyətin davranışında hansısa dəyişiklik olmayıb. Ona görə də, yoluxmanın dəhşətli dərəcədə yüksələcəyini düşünmürəm. Amma hesab edirəm ki, təhlükəli vəziyyət hələ davam edəcək”.

V.İsmayıl onu da bildirib ki, maska taxılması ilə bağlı təbliğat əks-effekt verə bilər:

“Hamı hər şeydən yorulub. Qaydalardan da, söhbətlərdən də və bu cür yaşayış tərzindən də yorulmuşuq. Məncə, indi biz maska təbliğatına başlasaq, əks-təsir verəcək. Sosial məsafəni qoruyun, maska taxın kimi məsələləri danışanda artıq insanlar qıcıqlanırlar. Real mənzərəni əks etdirmək və gələcəyi göstərmək lazımdır. İndi yaydır və insanlar dincəlməyə, bağ evlərinə gedirlər deyə təmas az olur. Lakin qarşıdan yeni tədris ili gəlir. Məncə, Azərbaycanda peyvəndlənmə kifayət qədər olmasa, nəticə yaxşı olmaz”.

Son xəbərlər