Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Bu barədə "Report" Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən hücum və təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.