Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qarabağa səfərə hazırlaşan diaspor nümayəndələri ilə görüş keçirilib

16.08.2021 21:38 939
Qarabağa səfərə hazırlaşan diaspor nümayəndələri ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsində xaricdə yaşayan bir qrup azərbaycanlı ilə görüş keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, sədr Fuad Muradov iştirakçıları salamladıqdan sonra Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, diaspor nümayəndələrinin həm müharibə, həm də müharibədən sonrakı dövrdə beynəlxalq platformalarda gördükləri işləri yüksək qiymətləndirdiyini bildirib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib, 30 il işğal altında qalan torpaqlarımızda törədilmiş vəhşiliklərin, yaşayış məskənlərinin xarabalığa çevrilməsinin, milli-mədəni irsin məhv edilməsinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun müstəsna xidmətlərindən danışılıb. Bildirilib ki, hər bir diaspor nümayəndəsi informasiya daşıyıcısıdır və onların işğaldan azad olunan torpaqlarımıza səfərlərinin təşkili məhz bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Diaspor nümayəndələrinin beynəlxalq informasiya platformalarında fəaliyyəti, dünya ictimaiyyətinin məlumatlandırılmasında əvəzsiz xidmətləri barədə fikir mübadiləsi aparılıb, diaspor işinin effektivliyinin artırılmasına, birlik modelinə dair təkliflər səsləndirilib, onların Komitə və Azərbaycan Diasporuna Dəstək Fondu ilə sistemli işləmələrinin vacibliyi diqqətə çatdırılıb.

Bu yayı vətəndə keçirən və Komitənin təşkilatçılığı ilə Qarabağa təşkil olunan səfərlərdə iştirak etməyə hazırlaşan diaspor nümayəndələri öz növbələrində, diaspora göstərilən diqqət və qayğıya, eləcə də diasporun işğaldan azad olunan torpaqlarımıza mütəmadi səfərlərinin təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda diaspor nümayəndələrini maraqlandıran suallara cavab verilib.

Qeyd edək ki, görüşdə 21 ölkədən diaspor nümayəndələri iştirak edib.

Son xəbərlər