Mojo.az Banner
23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |     22:41 Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər...  |     22:35 Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO  |     22:29 Tramp: "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik"  |     22:22 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     22:15 Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir  |     22:08 Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək - VİDEO  |     22:00 Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub  |     21:54 Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib  |     21:48 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     21:40 SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu  |     21:34 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |    
Left Banner
Right Banner

Azərbaycanda sabiq icra başçısı hakim qarşısına çıxarılır

16.08.2021 11:01 663
Azərbaycanda sabiq icra başçısı hakim qarşısına çıxarılır
Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin olunub.

Qeyd edək ki, Mahir Quliyev bu il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Sabiq icra başçısı barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner