Azərbaycan millisinin qapıçısı zədələnib
Azərbaycan millisinin və "Sumqayıt"ın qapıçısı Aydın Bayramov zədələnib.
"Report"un məlumatına görə, 25 yaşlı qolkiper "Keşlə"yə qarşı Premyer Liqanın ilk turunun səfər matçının 2-ci dəqiqəsində dizindən xəsarət alıb. Rəqib hücumçu Anatol Abanqla toqquşan Bayramov görüşü davam etdirə bilməyib və Tərlan Əhmədli ilə əvəzlənib.
Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.