Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sabirabadda “QAZel” aşıb, xəsarət alan var

12.08.2021 19:32 1 413
Sabirabadda “QAZel” aşıb, xəsarət alan var
Sabirabad rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Cavad kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Murad Məhəmməd oğlu idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər