Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman Aparatı Ermənistanın təxribatları barədə bəyanat yaydı

12.08.2021 17:06 1 374
Ombudsman Aparatı Ermənistanın təxribatları barədə bəyanat yaydı
Ombudsman Aparatı Ermənistan tərəfinin Azərbaycana qarşı sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.

Məlumatda təxribatların artıq sistemli xarakter almağa başladığı bildirilib.

“Son məlumata görə, avqustun 11-dən 12-sinə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri fasilələrlə Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu halın davamlı olaraq təkrarlanması ilə Ermənistan tərəfi hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra bölgədə vəziyyəti yenidən gərginləşdirmək və sülh prosesinə qarşı ciddi təhdidlər yaratmaqla hərbi qulluqçularımızla yanaşı, sərhədyanı ərazilərdə yaşayan mülki şəxslərin də həyat və sağlamlığını təhlükə altında qoyur”, - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər