Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Hakerlər oğurladıqları yüzmilyonlarla vəsaitin yarısını geri qaytarıblar

12.08.2021 12:49 873
Hakerlər oğurladıqları yüzmilyonlarla vəsaitin yarısını geri qaytarıblar
Hakerlər “Poly Network” şəbəkəsi istifadəçilərindən oğurladıqları 600 milyon dollarlıq vəsaitin yarıya yaxın hissəsini geri qaytarıblar.

Bu barədə CNBC məlumat yayıb.

Şəbəkədən bildirilib ki, artıq 258 milyon dollarlıq kriptovalyuta hesabı bərpa edilib.

Qeyd edək ki, ötən gün “Poly Network” şəbəkəsi haker hücumuna məruz qalıb.

Kibercinayətkarlar tərəfindən istifadəçilərin əsasən bitkoin, eterium və poliqon tokenlərində olan hesabları ələ keçirilib.

Şəbəkə rəhbərliyi hakerləri oğurladıqları vəsaitləri geri qaytarmağa çağırıb.

Son xəbərlər