Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Kəsmik bütün yaş dövrlərində qəbul edilə bilər

11.08.2021 23:14 1 152
Kəsmik bütün yaş dövrlərində qəbul edilə bilər
Kəsmik protein tərkibli südün fermentasiya edilmiş məhsuldur, onun tərkibində çoxlu mineral və mikroelementlər var. Kalsiumla zəngin olduğuna görə sümüklərin inkişafında əhəmiyyətli rol oynayır. Onu mütəmadi istehlak etməklə dərini təravətli saxlamaq olar.

Süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.

Median bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Tərkibi B vitaminləri ilə zəngin olduğuna görə metabolik sistemin normal işləməsini təmin edir. Kəsmik həm pəhriz, həm də uşaq qidası kimi geniş istifadə olunur. Müntəzəm olaraq kəsmik istehlakı orqanizmdə immuniteti gücləndirir, stresi aradan qaldırır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir. Qadınlar üçün gündəlik kəsmik istehlakının miqdarı 200, kişilər üçün 250, körpələr üçün isə 30 qram təşkil edir".

Kəsmik ev şəraitində xüsusilə qaranlıq yerlərdə uyğun temperatur rejimində, yəni 2-4 dərəcə S temperaturda soyuducuda saxlanılmalıdır. Onu 2 dərəcə S-də 36 saat, mənfi 18 dərəcə S-də isə altı ay saxlamaq olar. Meyvəli kəsmiklərin saxlanma müddəti isə daha azdır.скачать dle 11.3
Mojo.az Banner