Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan parlamentində deputatlar arasında dava düşdü - VİDEO

11.08.2021 17:45 1 548
Ermənistan parlamentində deputatlar arasında dava düşdü - VİDEO
Ermənistan parlamentində deputatlar arasında mübahisə yaşanıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Belə ki, parlamentin spikeri Alen Simonyan müxalifət nümayəndələri ilə mübahisə edib. Spiker əvvəlcə hakim “Vətəndaş sazişi” partiyasının deputatı Arpi Davoyanın çıxışını dayandırıb. O, çıxışı zamanı keçmiş prezident Serj Sarqsyanı və bir qədər əvvəl iclasdan spiker tərəfindən qovulmuş müxalifətin deputatı Anne Mkrtçyanı təhqir edib. Bu zaman spiker müdaxilə edib.

Müxalifət nümayəndəsi vitse-spiker İşxan Saqatelyanın parlament rəhbərliyinin kimisə zaldan çıxarmaq səlahiyyəti olmadığını deməsindən sonra mübahisə daha da qızışıb. Bu dəfə Simonyanla “Ermənistan” fraksiyasının üzvləri mübahisə edib. Spiker Aqnes Hamoyan və Armen Rustamyana da xəbərdarlıq edib. Lakin onlar mübahisəyə davam ediblər. Mübahisəyə hakim partiyanın deputatlarının da qoşulması ilə dava baş verib.

Spiker Alen Simonyan bundan sonra mühafizəçiləri zala çağırıb.

Son xəbərlər