Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir müavini Kürün suyunun azalmasından DANIŞDI

11.08.2021 13:44 1 161
Nazir müavini Kürün suyunun azalmasından DANIŞDI
“Ötən ilki qədər olmasa də, rayonlarda, kəndlərdə su çatışmazlığı ilə bağlı problemlər hələ də var”.

Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, son dövrlərdə havanın quraq keçməsi, ölkəyə transsərhəd çaylarla ötürülən suların azalması su ilə bağlı çətinliklər yaradır:

“Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə komissiya yaradılıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planın icrası çərçivəsində bir çox işlər görülüb”.

V.Kərimov qeyd edib ki, yay mövsümündə hər gün Mingəçevir su anbarından Kür çayına ortalama 180-200 kubmetr su buraxılır:

“Buna baxmayaraq, həmin sular Xəzər dənizinə gəlib çatmır, ona görə də Neftçala ərazisinin su təchizatında problemlərə səbəb olur. Bilirsiniz ki, Azərbaycanda şimal və şimal-şərq küləkləri hakim küləklərdir.

Yay aylarında Kürdə suyun səviyyəsinin aşağı düşməsi zamanı bu küləklərin təsiri ilə Xəzər dənizinin suyu Kürə qarışır, hətta 15-20 kilometr tərs axınla hərəkəti müşahidə olunur. Nəticədə Kürün suyunun şorlaşması baş verir”.скачать dle 11.3
Mojo.az Banner