Mojo.az Banner
18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı FTX polkovnikinin İtaliyada mərmər və qızıl mebelli villası tapılıb

11.08.2021 13:41 813
Rusiyalı FTX polkovnikinin İtaliyada mərmər və qızıl mebelli villası tapılıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bank idarəsi rəhbərinin keçmiş müavini polkovnik Dmitri Frolovun xaricdə bahalı daşınmaz əmlakı aşkar olunub.

Bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, Frolov İtaliyanın Komo gölü sahilində 4 mərtəbəli lüks villaya sahibdir. Villa dəbdəbəli mərmərlə üzlənib. İnteryerdəki mebellər isə xalis qızılla bəzədilib. Evin vanna otağında dəyəri 2.5 min avro olan asılqanlar quraşdırılıb.

Polkovnikin vəkili əmlakın onun müvəkkili tərəfindən deyil, atası tərəfindən alındığını bildirib.

Qeyd edək ki, hazırda Frolov ev dustaqlığındadır. O, himayədarlıq müqabilində rüşvət almaqda və dələduzluqda ittiham olunur.

Keçmiş FTX əməkdaşı özünün günahsız olduğunu bəyan edib.скачать dle 11.3
Mojo.az Banner