Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tokio olimpiadasından qovulan idmançı medalını satıb

09.08.2021 16:00 1 149
Tokio olimpiadasından qovulan idmançı medalını satıb
Belarus atleti Kristina Timanovskaya 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarında qazandığı medalı hərraca çıxarıb.

İdmançı 100 metrdə məsafəyə qaçışda əldə etdiyi mükafatı "eBay" satış platformasında satıb.

Mükafatın ilkin dəyəri 5 min ABŞ dolları olsa da, sonda 5,2 min dollara alınıb.

Bütün vəsait Belarus İdman Həmrəyliyi Fonduna köçürüləcək. Sözügedən təşkilat siyasi baxışlarına görə məhkum edilən və ya yarışlardan kənarlaşdırılan idmançıları dəstəkləyir.

Qeyd edək ki, daha əvvəl Timanovskaya məşqçilərin onu öz istəyi olmadan Tokio-2020 Yay Olimpiya Oyunlarında 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil etdiklərini bildirib. İdmançı rəhbərliyin iş üslubunu tənqid etdiyi üçün yerli olimpiya komitəsi həkimlərin rəyinə əsasən, onu psixoloji durumuna görə olimpiadadan uzaqlaşdırılıb.

Komitənin onu Yaponiyadan ölkəsinə deportasiya etmək istədiyini deyən atlet təhlükəsizlik baxımından Belarusa qayıtmaqdan qorxduğunu bildirib və Tokiodakı Haneda hava limanında kömək üçün yerli polislərə müraciət edib. Polşa isə Timanovskayaya ölkəyə daxil olmaq üçün humanitar viza verib. Avqustun 4-də Polşa səfirliyinin əməkdaşları 24 yaşlı idmançını bir neçə xarici jurnalistlə birlikdə Avstriyanın paytaxtı Vyanaya, oradan isə Varşavaya göndərib. İdmançı hazırda Polşa paytaxtındadır.скачать dle 11.3
Mojo.az Banner