Mojo.az Banner
16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |     16:03 Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı  |     15:58 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO  |     15:53 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO  |     15:46 Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO  |     15:42 Bakıda dostların zarafatı məhkəmədə bitdi  |     15:34 "Real Madrid" onunla bağlı son qərarını verdi  |     15:29 Bu şəxslərin maaşı 35 faiz artacaq  |     15:23 Bu sahədə maaşlar 4 min manatdan yuxarıdır  |     14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |     14:29 Qayınanası şillə vurduğu üçün arvadını boğdu - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı  |     14:17 Şirvanda oğurluq edən şəxs saxlanılıb  |     14:11 Azərbaycan futbolunda yayın ən bahalı transferləri - SİYAHI  |     14:07 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik  |     13:49 Rusiya ordusu Ukraynda bir kəndə nəzarəti təmin edib  |     13:29 Sabah 33 dərəcə isti olacaq  |     13:15 Azərbaycan neftinin qiyməti 120 dolları ötdü  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev bəzi şəxslərin sınaq müddəti olmadan dövlət qulluğuna qəbulunu təsdiqlədi

09.08.2021 14:47 1 992
İlham Əliyev bəzi şəxslərin sınaq müddəti olmadan dövlət qulluğuna qəbulunu təsdiqlədi
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj və sınaq müddəti tətbiq edilməyəcək.

Eyni məzmunlu dəyişikliklər aşağıdakı sənədlərə də tətbiq edilib:

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna;

- “Diplomatik xidmət haqqında” qanuna;

- “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna;

- “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanuna;

- Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növü dedikdə prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner