Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

İranın yeni prezidentindən Azərbaycanla bağlı açıqlama

07.08.2021 15:18 999
İranın yeni prezidentindən Azərbaycanla bağlı açıqlama
“Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq”.

AZƏRTAC xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.

Onun sözlərinə görə, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlər böyük potensiala malikdirlər. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.

Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. Hazırda İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha da inkişaf edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdır.

Prezident diqqətə çatdırıb ki, regional təhlükəsizlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir. Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması vacibdir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalı və əlaqələr davamlı xarakter almalıdır.скачать dle 11.3
Mojo.az Banner