Mojo.az Banner
23:05 Qaxda dava: Tərəflər bir-birinə xəsarət yetirdilər  |     22:19 Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO  |     22:01 ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq  |     21:39 Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO  |     21:31 20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO  |     21:25 Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı  |     21:13 Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi  |     20:58 "Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq  |     20:53 Gəncədə 34 yaşlı şəxs bıçaqlandı  |     20:39 Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri - Video  |     20:28 Hacıqabulda avtomobillər toqquşdu - Yaralılar var  |     20:19 Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olunub  |     20:00 Bakıda daha bir marşrut nağdsız ödəniş sisteminə keçir  |     19:48 QMİ Ramazan bayramı ilə bağlı fətva VERDİ  |     19:45 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:42 Dövlət qulluğunun vəzifələri üzrə maaşın minimum məbləğləri müəyyənləşib  |     19:30 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:23 Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək  |     19:14 Paşinyan müxalifəti Azərbaycanla yeni müharibəyə hazırlıq görməkdə ittiham etdi  |     19:04 Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - Video  |    
Left Banner
Right Banner

Nazirlik toy məclislərində sənədləri yoxlanılan qonaqların sayını AÇIQLADI

06.08.2021 16:08 624
Nazirlik toy məclislərində sənədləri yoxlanılan qonaqların sayını AÇIQLADI
Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları bu günədək 1 850 obyektdə keçirilən şənlik mərasimlərində monitorinqlər aparıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, monitorinqlər zamanı bəzi obyektlərdə sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İndiyədək keçirilən monitorinqlər zamanı şənliklərdə iştirak edən 225 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onlardan 23 min nəfərdə nöqsanlar aşkar edilib.

Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparılıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib.

Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub.скачать dle 11.3
Mojo.az Banner