Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Toyda iştirak edən 15 minə yaxın qonağın sənədlərində nöqsanlar aşkarlanıb

26.07.2021 19:12 786
Toyda iştirak edən 15 minə yaxın qonağın sənədlərində nöqsanlar aşkarlanıb
Bu günə qədər aidiyyəti qurumların nümayəndələri 1 100-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Məlumata görə, növbəti monitorinqlər zamanı tədbirə qatılanların COVID-19 pasportunun olmaması, tədbir barədə məlumatların portala düzgün daxil edilməməsi, şadlıq sarayının sahibi ilə məclis sahibi arasında imzalanan iltizamnamənin tələbinə əməl olunmaması, toy keçirilən məkanlarda qonaqların sıxlığı və masalararası məsafənin az olması, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin edilməməsi və s. kimi pozuntular qeydə alınıb. Maarifləndrimə tədbirlərinə başlandığı gündən indiyədək monitorinq aparılan şənlik mərasimlərində iştirak edən 137 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (15 min nəfərə yaxın) nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 600 nəfərdən çoxunun müvafiq tələblərə əməl etmədiyi müəyyən olunub.

Eyni zamanda, monitorinqlər zamanı toy və məkan sahiblərinin aidiyyəti dövlət qurumlarına düzgün məlumat verməmək cəhdlərinə də rast gəlinib. Belə ki, bəzi məkanlarda toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonağın iştirakına şərait yaradılması halları müəyyən edilib. Şənlik mərasimlərinin eyni məkanda müxtəlif zallar arasında bölünməklə həyata keçirilməsi isə tələblərin pozulmasıdır. Belə ki, qaydalara əsasən, 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi qadağandır. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar aradan qaldırılıb. Monitorinq qrupları nümunəvi toy mərasimi təşkil edilən məklanlarda yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər. Belə mərasimlərin portala daxil edilmədən təşkili, həmçinin toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonaqların iştirakına şərait yaradılması halları müəyyən edilərsə, həmin məkanların sahiblərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.скачать dle 11.3
Mojo.az Banner