Mojo.az Banner
16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Toylarda hansı qayda pozuntularına yol verilir? (RƏSMİ)

13.07.2021 19:27 789
Toylarda hansı qayda pozuntularına yol verilir? (RƏSMİ)
Şadlıq saraylarında müəyyən edilmiş tələblərə nəzarət məqsədilə monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, monitorinq qrupları bu günə qədər 300-dən çox obyektdə olub, şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

İyulun 12-də keçirilmiş monitorinqlər zamanı şadlıq saraylarında bu qaydalara əsasən riayət olunduğu müəyyən edilib.

Lakin şənlik mərasimlərinin təşkil edildiyi bəzi məkanlarda müəyyən edilmiş tələblərin pozulması halları aşkarlanıb.

Bu xüsusilə toylarda icazə verilən saydan artıq qonaqların gəlməsi, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə müvafiq sənədlərin olmaması ilə bağlıdır.

Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra pozuntu halları aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.скачать dle 11.3
Mojo.az Banner