Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb

28.07.2021 19:13 1 125
Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb
Xaçmaz rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Gecə saatlarından başlayaraq yağan yağış elektrik və içməli su təsərrüfatına ciddi zərər vurub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov "Report"un yerli bürosuna bildirib ki, gecə saatlarından etibarən rayonun 15-ə yaxın kəndində işıq kəsilib.

“Bəzi xətlərin köhnə olması səbəbindən hava dəyişən kimi qırılmalar, izolyasiya islanması və digər texniki problemlər səbəbindən açılmalar baş verir. Hazırda "Azərişıq "ASC-nin Xaçmaz rayon şöbəsinin qəza briqadaları təbii hadisələrin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirir. Bəzi kəndlərdə elektrik enerjisi təchizatı təmin olunub", - o qeyd edib.

Xaçmaz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Adil İbrahimov isə elektrik enerjisinin təchizatında heç bir problem yaşanmadığını, bir neçə xətdə açılma olsa da, məsələnin aradan qaldırıldığını vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner