Mojo.az Banner
22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur restoranın sahibi cərimə olundu

26.07.2021 18:48 921
Məşhur restoranın sahibi cərimə olundu
Şirvanda karantin qaydalarını pozan restoran sahibi cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Qədir Xum" restoranında karantin rejimindən irəli gələn qaydalar pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Məlum olub ki, adı çəkilən restoranın inzibatçısı E.Şəmsədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək 100 nəfər qonağın iştirak etdiyi məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı restoranın inzibatçısı 4000 manat məbləğində cərimə olunub. Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Abdulabad, Ağacanlı, Atbulaq, Qarasu və Talış kəndlərində də beş fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi aşkarlanıb.

Həmin toy məclislərinin sahibləri də inzibati qaydada məsuliyyətə cəlb olunublar.скачать dle 11.3
Mojo.az Banner