Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Lukaşenko Qarabağ barədə: “Vəziyyət İlham Əliyev sayəsində sabitləşdi”

26.07.2021 15:13 2 073
Lukaşenko Qarabağ barədə: “Vəziyyət İlham Əliyev sayəsində sabitləşdi”
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsi və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını qeyd edib və bu münasibətləri keçmiş SSRİ-nin digər ölkələrinə nümunə kimi göstərib.

Belarus mətbuatının məlumatına görə, dövlət başçısı bu sözləri ölkədə diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı deyib.

“Bizim tez-tez dediyimiz kimi münasibətlərimiz qardaşlıq münasibətləridir. Bu Sovet İttifaqı dövründən bu yana yaxşı münasibətlərə nümunədir: bir vaxtlar eyni dövlətin tərkibində yaxşı, parlaq münasibətlərimiz var idi, biz bu münasibətləri nəinki qoruduq, hətta artırdıq”, - deyə Belarus lideri qeyd edib.

A.Lukaşenko Azərbaycan səfirinin ölkələr arasındakı münasibətlərin inkişafında rolunu qeyd edib. O, həmçinin görüş zamanı Qarabağ məsələsinə də toxunub.

“Əsasən Azərbaycanın və Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə, sülhə gedən yol hələ indi başlayıb”, - deyə A.Lukaşenko qeyd edib.

Son xəbərlər