Tokio-2020: Koronavirusa yoluxmuş idmançı yarışa qatıla bilər
Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Xəstəliyi simptomsuz keçirən idmançı 6 və ya 10 günlük karantindən sonra bir gün fərqlə iki mənfi testdən keçərsə, yarışa qayıda bilər.
İyulun 22-də Yaponiya millisinə qarşı açılış matçını buraxan Cənubi Afrika Respublikası yığmasının iki futbolçusu iyulun 25-də Fransa ilə görüşdə meydana çıxıb.
Qeyd edək ki, Tokio olimpiadası avqustun 8-də başa çatacaq.
