Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA 8 restoranda nöqsanlar aşkarladı - SİYAHI

22.07.2021 20:06 1 002
AQTA 8 restoranda nöqsanlar aşkarladı - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 386 ictimai iaşə obyektində 654 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Qala küç., ev 126 ünvanında yerləşən, fiziki şəxs Əliyev Orxan Elburus oğluna məxsus "Salam baku” restoranı;

2. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs., sahil çimərliyində yerləşən, fiziki şəxs Əsgərov Fuad Mirəslan oğluna məxsus restoran;

3. Bakı şəhəri, Sabunçu ‎rayonu, Sakit Qocayev küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Bayramov Azər Rüstəm oğluna məxsus "Cofe star” kafe;

4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A‎ ünvanında yerləşən, hüquqi şəxs "Simurg" MMC-yə məxsus "Second Cup” kafesi;

5. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küç., ev 9/12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemətulla küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus "Xacapurı Home” restoranı;

7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106A ünvanında yerləşən, fiziki şəxs Seyidzadə Nurağa Nemət oğluna məxsus "Hr İskender” restoranı;

8. Bakı şəhəri, Səbail ‎rayonu, Badamdar qəsəbəsi, 2-ci massivində yerləşən, hüquqi şəxs "Badam Boutıque Hotel" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner