Mojo.az Banner
23:01 Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası  |     22:55 Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı  |     22:47 Rəsmi Bakı Azərbaycana dəstək verən ölkə və təşkilatlara təşəkkür etdi  |     22:38 Bayramda ən çox alınan güllər - QİYMƏTLƏR  |     22:35 Azərbaycanda tanınmış hakim qəfil vəfat etdi  |     22:18 İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı  |     22:11 Azərbaycana son üç saatda İrandan 26 ölkənin 210 vətəndaşı təxliyə edilib  |     21:59 SON DƏQİQƏ: SEPAH Azərbaycanda bəzi strateji obyektləri PARTLATMAQ İSTƏYİB - GÖRÜNTÜLƏR - Video  |     21:46 Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı  |     21:40 Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub  |     21:35 Məşhur şirniyyat sexi bağlandı  |     21:28 İsrailə hücum: nazir oğlu da yaralandı  |     21:20 Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq  |     21:06 İtaliya İranın Naxçıvana dron hücumlarından narahatlığını ifadə edib  |     20:58 Sumqayıtda qadın qətlə yetirildi: 18 yaş böyük ƏRİ SAXLANILDI  |     20:50 Ramazanın on yeddinci gününün - imsak, iftar vaxtı və duası  |     20:43 KİV: İran raket buraxılış qurğularının 60 faizini itirib  |     20:37 Şəkidə 3200 abonent qazsız qalıb  |     20:33 Alen Berse: "İranın Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir"  |     20:31 Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb  |    
Left Banner
Right Banner

Azərbaycanda minik avtomobilləri bahalaşıb - RƏSMİ

15.07.2021 16:46 1 089
Azərbaycanda minik avtomobilləri bahalaşıb - RƏSMİ
Azərbaycanda ərzaq, qeyri-ərzaq məhsullarının və göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,6 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz təşkil edib. Aylıq müqayisədə ərzaq məhsullarının qiyməti 1,4 faiz azalıb, illik müqayisədə isə 4,9 faiz artıb.

İyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,3 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,9 faiz olub. Qeyri ərzaq məhsullarının qiyməti aylıq müqayisədə 0,3 faiz, illik müqayisədə isə 3,9 faiz artıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,1 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,5 faiz təşkil edib. Aylıq müqayisədə qiymətlər 0,1 faiz, illik müqayisədə isə 3,5 faiz artıb.

Belə ki, illik müqayisədə ərzaq məhsullarından çörək, çörək məmulatları, yarmalar, balıq, balıq məhsulları, süd, süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, meyvələr, tərəvəzlər, qənd, cem, bal, şokolad, konfetlər, çay, qəhvə, kakao, mineral sular, araq, konyak, tütün məmulatları bahalaşıb. Ət və ət məhsulları isə ucuzlaşıb.

Həmçinin, qeyri-ərzaq məhsullarından parçalar, geyim, ayaqqabı, inşaat materialları, mebel, ev əşyaları, xalça, döşəmə örtükləri, məişət cihazları, kiçik elektrik cihazları, şüşə məmulatları, yemək qabları, minik avtomobilləri, minik avtomobilləri üçün ehtiyat hissələri, velosipedlər, yanacaq məhsulları (benzin və dizel), kompüter, noutbuk, planşet, kitablar, qəzet və digər dövri nəşrlər, dəftərxana ləvazimatları, zərgərlik məmulatları, oyuncaqların qiyməti artıb. Telefon aparatlarının qiyməti azalıb, dərmanların qiyməti isə sabit qalıb.скачать dle 11.3
Mojo.az Banner