Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Planet üçün ən təhlükəli şəhərlər açıqlanıb - SİYAHI

14.07.2021 12:03 1 452
Planet üçün ən təhlükəli şəhərlər açıqlanıb - SİYAHI
Çinli alimlər istixana qazlarının ən böyük mənbələrinin siyahısını hazırlayıb. Planet üçün ən təhlükəli 25 şəhər arasında Moskva, Pekin və Tokyo var.

“Reuters”in məlumatına görə, tədqiqat nəticələri “Frontiers” elmi portalında dərc edilib.

Mütəxəssislər 53 ölkədən 167 şəhərdə istixana qazı tullantıları ilə bağlı məlumatları müqayisə ediblər. Emissiya üzrə siyahıda ilk sırada Çin (Pekin, Şanxay və Handan daxil olmaqla 23 şəhəri) qərarlaşıb. Məlum olub ki, Çinin meqapolisləri Moskva (Rusiya) və Tokyo (Yaponiya) ilə birlikdə dünya tullantılarının 52 faizini istehsal edir.

İnkişaf etmiş ölkələrdən 68 şəhər tullantıların tam azaldılmasına nail olmaq istəyir. Mütəxəssislər bunlardan 42-sini araşdırıb və yalnız 30-nun (Avropa və ABŞ-da) tullantıların səviyyəsini azaltmağa müvəffəq olduğunu müəyyən edib.

Bununla belə, araşdırmaçılar emissiya hesabatlarının fərqli dövrlərdə təqdim edildiyi üçün tədqiqat məlumatlarının səhv ola biləcəyini vurğulayıblar.


скачать dle 11.3
Mojo.az Banner