Mojo.az Banner
23:03 UEFA "Qalatasaray"ı cəzalandırdı  |     22:58 İranın yeni Ali Lideri Xamenei haqqında YENİ FAKTLAR  |     22:49 Bakıda 87 yaşlı kişinin meyiti tapıldı  |     22:43 Şəhid atası dünyasını dəyişdi (FOTO)  |     22:36 İsrail bu şəhəri ələ keçirdi  |     22:31 Rolik sürən qız velosiped zolağını qoyub avtomobillərin hərəkətinə mane oldu - Video  |     22:23 Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? - RƏSMİ AÇIQLAMA  |     22:18 Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO - VİDEO  |     22:09 "Ramiz Mehdiyev qanun hazırlamışdı ki, bu halda valideynlər 100 manat cərimələnsin" - Artur Rasizadə  |     22:02 Gəmilərin uzaq məsafədən tanınma və izlənmə sistemi təkmilləşdirilib  |     21:57 Qanunsuz saxlanılan 5 avtomat, 23 tüfəng tapıldı  |     21:49 Kuryer xidməti bahalaşacaq — AÇIQLAMA  |     21:40 Dayanmadan qar yağacaq, 10 dərəcə şaxta olacaq - Sabahın havası  |     21:35 Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək?  |     21:27 "Bank əməkdaşı" vətəndaşın 13 min manatını ələ keçirdi  |     21:21 Sahiblərinə ən çox xərc çıxaran 5 lüks avtomobil  |     21:14 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     21:09 Ramazanın 15-ci gününün imsak, iftar vaxtı  |     21:01 Ramazanda təmtəraqlı iftar süfrələri vermək olar?  |     20:56 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? - Psixoloq cavabları açıqladı  |    
Left Banner
Right Banner

Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb

13.07.2021 13:23 1 449
Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb
Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi “Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi” adlı hesabat hazırlayıb.

Mərkəzdən verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Hesabatda həmçinin Almaniyanın Boxum Universitetinin professoru Hans-Yoahim Heintze tərəfindən yazılmış “Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması” adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.

Hesabatı oxumaq və yükləmək üçün bu linkə daxil olmaq lazımdır.

скачать dle 11.3
Mojo.az Banner