Mojo.az Banner
21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıətrafı kənd və qəsəbələrə marşrut xətti açılır - YENİLİK

10.07.2021 14:06 1 887
Bakıətrafı kənd və qəsəbələrə marşrut xətti açılır - YENİLİK
Dövlət başçısının Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına dair tapşırıqlarına əsasən, 177 nömrəli yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Yeni marşrut xətti “Pirşağı” dəmiryol stansiyasını Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.

Yeni xəttin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək. Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəssisələrinə, iaşə obyektlərinə, habelə yay mövsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.

Yeni xətt üzrə avtobuslar iyulun 12-dən fəaliyyət göstərəcək.скачать dle 11.3
Mojo.az Banner