Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı və fransız gənclər Fransa Milli Assambleyasına müraciət edib

09.07.2021 19:14 1 626
Azərbaycanlı və fransız gənclər Fransa Milli Assambleyasına müraciət edib
Fransada fəaliyyət göstərən Xəzər Araşdırmalar Mərkəzi Cənubi Qafqaz bölgəsində Ermənistanın yolverilməz davranışı ilə əlaqədar Fransa Milli Assambleyasının deputatlarına, senatorlarına, aparıcı KİV-lərə və tanınmış jurnalistlərə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, məktubda 30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müxtəlif xarakterli cinayətlərə diqqət cəlb edilib. Bu cinayətlərin arasında Azərbaycanın zəngin tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktları, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasından öncə və sonrakı dövrdə ölkəmizin Qarabağ bölgəsində minalar yerləşdirilməsi, bu hərbi cinayət nəticəsində Azərbaycanda mina qurbanlarının sayının artması, ölkəmizin ərazisindən keçən və Araz çayına qovuşan Oxçuçayın kütləvi və davamlı şəkildə çirkləndirilməsi, bu çayların suyundan istifadənin flora, fauna və insan sağlamlığı üçün böyük təhlükə olması kimi faktlar sadalanıb.

Məktub müəllifləri qeyd edilən məsələlərdən ciddi narahatlıqlarını bildirərək, Fransa ictimaiyyətini Cənubi Qafqaz bölgəsində təhlükəsizlik və ətraf mühitin qorunması ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana təsir etməyə çağırıblar.

Qeyd edək ki, Xəzər Araşdırmalar Mərkəzi öz sıralarında azərbaycanlı və fransız gəncləri birləşdirir.
скачать dle 11.3
Mojo.az Banner