Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən illərdən bağlı qalan 207 cinayətin üstü açılıb, axtarışda olan 2200 nəfər tutulub

09.07.2021 19:05 1 476
Ötən illərdən bağlı qalan 207 cinayətin üstü açılıb, axtarışda olan 2200 nəfər tutulub
Bu ilin birinci yarısında qeydə alınan cinayətlərin 84,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub.

Bunu Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

O, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 1,3, adam öldürməyə cəhdlərin 11, oğurluqların 31, soyğunçuluqların 34, quldurluqların 8, avtonəqliyyat vasitələrinin qaçırılmasının 9,6, xuliqanlıqların 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlərin 32, yol-nəqliyyat hadisələrinin 0,5, qəzalarda ölənlərin sayının 11, xəsarət alanların sayının 0,5 faiz azaldığını bildirib.

Nazir müavini habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açıldığını, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxsin tutulduğunu vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner