Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Telefon mağazalarına qənim kəsilən keçmiş məhkum saxlanılıb - FOTO/VİDEO

09.07.2021 16:13 846
Telefon mağazalarına qənim kəsilən keçmiş məhkum saxlanılıb - FOTO/VİDEO
Paytaxtın Binəqədi rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkənin valideyni Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, metronun “Azadlıq” stansiyasının yaxınlığında övladına yaxınlaşan bir nəfər soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yolu ilə mobil telefonunu əlindən alıb. Məlumat daxil olan kimi bölmənin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin İmanov qısa zamanda saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan onun hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Elvin İmanov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paytaxtın Səbail rayonunda isə mobil telefon mağazasından oğurluq edən şəxs saxlanılıb. Belə ki, rayon ərazisində olan mağazalardan birinin sahibi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs obyektdən dəyəri 1 500 manat olan bir ədəd mobil telefonu oğurlayıb. Həmin şəxsin mağazadan oğurluq etməsi obyektin müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Zeynalov qısa zamanda saxlanılıb. Həmin şəxs ifadəsində təkcə Səbail rayonunda deyil, paytaxtın digər rayonlarında təxminən 20-yə yaxın mağazadan mobil telefon oğurladığını bildirib. Eldar Zeynalovun ətrafında araşdırmalar davam etdirilir.

Həm soyğunçuluq, həm də oğurluq edən bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.







скачать dle 11.3
Mojo.az Banner