Deputat: Evlənən cütlüklərdən nikah müqaviləsi tələb olunmalıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər  |     22:56 Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər  |     22:50 Bu institut “Toyota” aldı – 200 minə yaxın pul ödədi  |     22:44 Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI  |     22:38 Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər  |     22:33 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri  |     22:26 Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi  |     22:19 İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib (SƏBƏB)  |     22:14 Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?  |     22:06 İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?  |     22:00 Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır  |     21:55 241 nəfərin öldüyü qəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?  |     21:48 Vahid pasport sistemi yaradıldı  |     21:40 Maliyyə Nazirliyində yeni təyinat  |     21:35 Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır? - FOTO  |     21:26 Bu məhsullar bahalaşacaq - SİYAHI  |     21:20 Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu  |     21:13 Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər  |     21:05 "Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır  |     20:57 Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR  |    

Deputat: Evlənən cütlüklərdən nikah müqaviləsi tələb olunmalıdır

Toyların keçirilməsinə müəyyən qadağalarla da olsa, icazə verildi. Uzun zamandır “Vağzalı” səsinə, rəqs havalarına, şənliyə, sadyanalığa həsrət qalmışdıq.
Toy insan həyatının ən unudulmaz günü, hətta ömür yolunun zirvəsidir desəm, yanılmaram. Toyla ömrün bir fəsli bitir, digər fəsli və çətin hissəsi başlayır. Toy əslində ən asanıdır, çətin olan qurulan ailəni qorumaqdır.

Hanısa bir dahinin deyimiydi bu: “Toydan sonra xoşbəxtlik uğrunda müharibə başlayır”. Bütün evliliklər sona qədər davam edəcək deyə bir şərt də yoxdur, evlənmək qədər boşanmaq da insanların haqqıdır. Lakin təəssüf ki, Azərbaycanda sivil qaydalarla boşanma, boşandıqdan sonra tərəflərin bir-birləri ilə ünisyyəti normal şəkildə saxlaya bilmək mədəniyyəti çox az yayılıb. Nəsillikcə evlənib, nəsillikcə də düşmən düşürük. Elə məhz gələcəkdə olacaq hansısa xoşagəlməz məqamların aradan qaldırılması üçün Avropada lap çoxdan nikah müqavilələri mövcuddur. Azərbaycana da bu anlayış yad deyil. Lakin gəl gör ki, sən hansı evlənən qızın ailəsinə “nikah müqaviləsi imzalayaq” sözünü işlədə bilərsən. İlk cavab bu olacaq: “Boşanmaq üçün evlənirlər?”. Həyatın işini öncədən kim bilir. Nikah müqaviləsi əslində bəyi də, gəlini də qorumaq , gələcəklərini qarantiya altına atmaq deməkdir. Bu müqavilənin olmaması boşanmalar zamanı çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan bir-birinə qəzəb və nifrət püskürməsinə, cütlüklərin ailələri arasında əmlak davalarına gətirib çıxarır. Ona görə də hesab edirəm, necə ki, evlənən cütlüklərdən tibbi müayinə, sağlamlıq kağızı tələbi məcburidir, o qaydada nikah müqaviləsi də tələb olunmalıdır.

Bəs nikah müqaviləsi nədir? Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir, təbiətinə görə mülki müqavilənin bir növüdür. Nikah müqaviləsi mülki müqavilələrdən fərqli olaraq ailə qanunvericiliyində əksini tapıb. Nikah müqaviləsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt yazılı formada və notariat qaydasında dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Düşünülənlərin əksinə olaraq, nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirə bilər.

Millət vəkili Sədaqət Vəliyeva məsələ ilə bağlı bizimyol.info-ya danışarkən nikah müqavilələrinin bağlanmasının məcburi hala çevrilməsinin arzuedilən olduğunu bildirib.

Sədaqət Vəliyeva Sədaqət Vəliyeva
“Ölkədə boşanmaların sayı ildən-ilə artır. Bunun səbəbləri müxtəlif olsa da, əsasən mənəvi-psixoloji problemləri qeyd etmək istərdim. Boşanmalar artır, aliment məsələsi də dönüb olur başqa bir problem. Belə olanda həm ailə institutu zəifləyir, həm də həddən çox sosial problemlər yaranır. Uşaq ataları aliment ödəməmək üçün müxtlif bəhanələr uydururlar. Hətta elə atalar var ki, aliment ödəməmək üçün məhkəmələrə saxta işsizlik, dəlilik kağzıları təqdim edirlər. Əgər bu gün deputat qərargahına müraciət edən hər 10 nəfərdən 2-si aliment ala bilməməkdən şikayətlənirsə, demək, problem var və həllini gözləyir. Problemin həlli ilk olaraq ailənin qorunmasından başlamalıdır. Nikah müqaviləsi məcburi xarakter daşımalıdır. Nikah müqaviəsi nə utancverici haldır, nə də bizim insanların düşündüyü kimi bəd niyyətlilikdir. Biz nikah müqaviləsinin mahiyyətini izah eləməliyik, təşviq olunmalıdır. Ədliyyə Nazirliyinin müvafiq şöbəsi araşdırıb görsün, il ərizndə neçə nikah müqaviləsi imzalanıb və bu müqaviləni bağlayanlardan neçəsi boşanıb. Mən bu günlərdə VVAQ bürosuna müracüət etdim, məlum oldu ki, evlənənlərdən cəmi iki nəfər nikah müqaviləsi bağlayıb, onlar da xaricdə təhsil almış gənclərdir. Deməli, orada bu prosesə daha məntiqlə yanaşılır. Boşanma prosesinə düşünülmüş yanaşılmalıdır. Ailələrin dağılmamasının qarşısının alınması, uşaqların psixoloji zərbələr almaması üçün kompleks tədbirlər işlənilib hazırlanmalıdır. Boşanma prosesini mürəkkəbləşdirmək, ailə məsləhətxanalrının fəaliyyətini gücləndirmək lazımdır. Həmin məsləhətxanalar bu gün qapısı bağlı idarələrdir. Telekanallara ailədaxili münaqişələri işıqlandırmaq qadağan edilməlidir. Ailə məhkəmələri ayrı olmalıdır. Türkiyədə ailə məhkəmələri ayrıca fəaliyyət göstərir. Ailə dövlətin əsasıdır, ailələrin zəif olması başıpozuq bir cəmiyyət deməkdir”,- deyə xanım deputat qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            675 06.07.21 13:33