Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Masallıda bağlanan məktəblə bağlı AÇIQLAMA

05.07.2021 17:59 792
Masallıda bağlanan məktəblə bağlı AÇIQLAMA
Masallı rayonunda sakinlər bağlanan təhsil müəssisəsi ilə bağlı narazılıq bildirilər.

Belə ki, bununla bağlı Oxu.Az-a rayonun Kürdəbazlı kənd sakinləri müraciət ediblər.

Sakinlər deyir ki, artıq bir müddətdir ki, Kürdəbazlı kənd orta məktəbi bağlanıb:

“Artıq 5 ilə yaxındır ki, kənd məktəbi bağlıdır, yerində yeni məktəb binasının tikilib-tikilməməsi ilə bağlı heç bir məlumat verilmir. Məktəbdə 150 nəfər şagird təhsil alırdı. Şagirdlər təxminən 3 km aralıda yerləşən qonşu kəndə köçürülüb lakin, məktəbin aqibəti barədə heç nə deyilmir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məktəbin müəllim və texniki işçiləri rayonun digər məktəblərində işlə təmin olunublar:

“Belə ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Stradegiyası”na uyğun olaraq təhsil müəssisələrinin rasionallaşdırılması çərçivəsində Təhsil Nazirliyinin 01.05.2017-ci il tarixli 209 nömrəli əmrinə əsasən 2017/2018-ci tədris ilinin əvvəlindən Kürdəbaz kənd R.Bəyişov adına ümumi orta məktəbinin fəaliyyəti dayandırılıb. Məktəbin şagird kontingenti 1,5 km məsafədə yerləşən Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbinə və digər məktəblərə köçürülüb. Şagirdlərin yaxınlıqdakı məktəblərə aparılıb gətirilməsi üçün Təhsil Nazirliyinin vəsaiti hesabına nəqliyyat ayrılıb”.скачать dle 11.3
Mojo.az Banner