Mojo.az Banner
16:49 Ramiz Əzizbəylinin xanımı dünyasını dəyişdi  |     16:14 Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı xəsarət aldı  |     15:43 Apteklərdə yoxlama aparılıb, nöqsanlar aşkar edilib  |     15:37 İcra başçısı Bakıxanov, Zabrat və Nardarandakı nümayəndələrinin yerlərini dəyişdirdi  |     15:34 Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb  |     13:04 “Ailəm yalnız 10 min dollar ödəyəcək” - Çinə qəbul alan Nilufər  |     12:48 Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək  |     12:47 TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?  |     12:47 Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama  |     12:46 Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə BAĞLANIR - Video  |     12:37 BDU-nun tələbələrini şantaj edən kimdir? - Video  |     12:36 Binəqədidə 76 yaşlı kişi binanın qarşısında qəfil öldü  |     12:35 Külli miqdarda narkotiki satmaq istəyən keçmiş məhkum ələ keçdi - ƏMƏLİYYATIN VİDEOSU  |     12:33 Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - Video  |     12:32 22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı: İş yoldaşları saxlanıldılar  |     12:31 Kamçatkada 6,5 maqnitudalı zəlzələ oldu  |     12:30 Paytaxtda 68 yaşlı kişi yıxılıb öldü  |     12:29 Ermənistandakı 102-ci Rusiya hərbi bazası ölkədən çıxarılır?  |     12:28 İcbari tibbi sığortadan yararlanan şəxslərin ƏHATƏ DAİRƏSİ GENİŞLƏNİR  |     12:27 Bakıda məktəbə müəllim işinə düzəltmək vədi ilə dələduzluq - QƏRAR  |    
Left Banner
Right Banner

Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

02.07.2021 14:56 1 248
Sabah Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ
AVRO-2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol qarşılaşması ilə bağlı bəzi istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, Böyük Şor bulvarı, Atletlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı “ASAN xidmət”in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar:

“Həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələrinin girişinə icazə veriləcək. Sürücülərdən xahiş olunur ki, futbol qarşılaşması bitənə qədər ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar.

Vətəndaşlardan pandemiya ilə əlaqədar olaraq nəzərdə tutulmuş qaydalara riayət etmələrini xahiş edirik. Onu da qeyd edim ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun “Qara Qarayev” stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaqlar”.скачать dle 11.3
Mojo.az Banner