Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkə istifadəçilərinə - Xəbərdarlıq

01.07.2021 23:42 2 280
Sosial şəbəkə istifadəçilərinə - Xəbərdarlıq
Bu günlərdə Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə dələduzluq faktları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin məlumatına görə, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

"Kaspersky" şirkətindən bildirilib ki, telefon fırıldaqçıları qurban haqqında lazımi məlumatları öncədən toplayır və sosial mühəndislik metodlarından aktiv şəkildə istifadə edirlər. Məsələn, zəng zamanı onlar zəng etdikləri şəxsin adını, soyadını və atasının adını tam düzgün şəkildə söyləyirlər. Təcavüzkarlar kredit təklifi ilə "əfsanələrdən" istifadə edərək qurbanlardan şifrə, bank kartının nömrəsi, pin kod, CVV kod kimi məlumatların təsdiqlənməsini istəyə və ya sadəcə guya kartınızın bloklanması barədə məlumat verə bilərlər.

"Xatırlatmaq istərdik ki, yad nömrələrdən, xüsusilə özünü bank əməkdaşı kimi təqdim edən insanlardan gələn zənglərlə ehtiyatlı davranmaq çox vacibdir. Həmişə yadda saxlamaq lazımdır ki, gerçək bank əməkdaşı heç bir halda kod və şifrəni bildirməyi xahiş etmir. Fəal olmaqdan çəkinməyin və fırıldaq şübhəsi hiss etdiyiniz anda cəsarətlə dəstəyi asın. Kartın əks tərəfində göstərilən nömrəyə hər zaman şəxsən zəng edə və zəngin doğrudan da bankdan gəlib-gəlmədiyini yenidən yoxlaya bilərsiniz", - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Şirkət telefon fırıldaqçıları ilə mübarizəyə imkan verən əsas təhlükəsizlik qaydalarını xatırladır:

• özünü bank əməkdaşı kimi təqdim edən istənilən şəxsdən gələn zənglə ehtiyatlı davranın

• SMS və messencer mesajlarındakı şübhəli linklərə keçid etməyin

• heç bir halda CVV və SMS-dəki və ya təkan (push) bildirişlərdəki birdəfəlik şifrələri açıqlamayın

• hər hansı bir şübhə halında dəstəyi asın və bankın kartın əks tərəfində göstərilmiş nömrəsinə şəxsən zəng edin

• ev istifadəçilərinə fişinq mesajlarını və saytlarını tanıya bilən "Kaspersky Internet Security" kimi qoruyucu həllər quraşdırmaq, şirkətlərə isə "Kaspersky Automated Security Awareness Platform" platformasının köməyilə öz əməkdaşlarının rəqəmsal savadlılığını artırmaq tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner