Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşların DİQQƏTİNƏ: Bank kartı ilə bağlı dələduzluq edən şəxslərdən necə qorunmaq olar? - VİDEO

05.12.2023 12:14 1 620
Vətəndaşların DİQQƏTİNƏ: Bank kartı ilə bağlı dələduzluq edən şəxslərdən necə qorunmaq olar? - VİDEO
Sosial şəbəkələrdə bank kartı məlumatlarının oğurlanması ilə bağlı yeni səs yazısı paylaşılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu dəfə kibercinayətkarlar sadə vətəndaşlara şəxsi məlumatları ilə bağli daha dolğun informasiya verərərək onları aldadırlar.

Sosial şəbəkələrdə yayılan sözügedən səsdə bildirilib ki, kibercinayətkarlar vətəndaşın bank kartı haqqında xeyli məlumata malikdirlər. Hətta kartdakı rəqəmləri belə düzgün bilirlər.

Vətəndaşlar bəzən özləri də bilmədən, həmin zəng edən şəxslərin istədiyi məlumatı ona ötürürlər. Nəticədə isə kiberdələduzların qurbanına çevrilirlər.

Bəs həmin dələduzlarda şəxsi məlumatlarla bağlı geniş informasiya hardandır?

İKT mütəxəssisi Azər Əlili bildirib ki, əvvəlcə şəxs haqqında açıq internet mənbələrində olan məlumatlar əldə olunur.

Bundan başqa, əgər kimsə nə vaxtsa kartdan karta köçürmə əməliyyatı edibsə, artıq kartın üstündəki 16 rəqəmi bölüşmüş sayılır.

Mütəxəssis əlavə edib ki, şəxsiyyət vəsiqəsi, yaşadığınız ünvan, doğum tarixi və kart məlumatları - bunlar hamısı məxfi olmalıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə məlumat versinlər:

“Bu cür hallarla üzləşən vətəndaşlar DİN-in “102” xidməti, eləcə də sosial şəbəkələrdəki nazirliyin səhifələrinə yaza bilərlər”.

Ətraflı süjetdə:скачать dle 11.3
Mojo.az Banner