Mojo.az Banner
14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad İqtisadi Zona niyə məhz Ələtdə yaradılır? - Dövlət başçısı AÇIQLADI

01.07.2021 17:29 2 083
Azad İqtisadi Zona niyə məhz Ələtdə yaradılır? - Dövlət başçısı AÇIQLADI
Azərbaycan Prezidenti İlham Əliyev Azad İqtisadi Zonanın Ələtdə yaradılmasının səbəblərindən danışıb.

Dövlət başçısı bununla bağlı Azərbaycan Televiziyasına müsahibəsində fikirlərini bölüşüb.

O bildirib ki, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır:

“Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, - mən buna əminəm, - bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir”.скачать dle 11.3
Mojo.az Banner