Mojo.az Banner
17:11 Efiopiyanın baş naziri Azərbaycanda rəsmi səfərdədir  |     16:49 Ramiz Əzizbəylinin xanımı dünyasını dəyişdi  |     16:14 Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı xəsarət aldı  |     15:43 Apteklərdə yoxlama aparılıb, nöqsanlar aşkar edilib  |     15:37 İcra başçısı Bakıxanov, Zabrat və Nardarandakı nümayəndələrinin yerlərini dəyişdirdi  |     15:34 Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb  |     13:04 “Ailəm yalnız 10 min dollar ödəyəcək” - Çinə qəbul alan Nilufər  |     12:48 Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək  |     12:47 TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?  |     12:47 Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama  |     12:46 Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə BAĞLANIR - Video  |     12:37 BDU-nun tələbələrini şantaj edən kimdir? - Video  |     12:36 Binəqədidə 76 yaşlı kişi binanın qarşısında qəfil öldü  |     12:35 Külli miqdarda narkotiki satmaq istəyən keçmiş məhkum ələ keçdi - ƏMƏLİYYATIN VİDEOSU  |     12:33 Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - Video  |     12:32 22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı: İş yoldaşları saxlanıldılar  |     12:31 Kamçatkada 6,5 maqnitudalı zəlzələ oldu  |     12:30 Paytaxtda 68 yaşlı kişi yıxılıb öldü  |     12:29 Ermənistandakı 102-ci Rusiya hərbi bazası ölkədən çıxarılır?  |     12:28 İcbari tibbi sığortadan yararlanan şəxslərin ƏHATƏ DAİRƏSİ GENİŞLƏNİR  |    
Left Banner
Right Banner

Erməni terrorçu birləşməsinin daha bir neçə üzvünün məhkəməsi keçirilir

01.07.2021 15:21 1 290
Erməni terrorçu birləşməsinin daha bir neçə üzvünün məhkəməsi keçirilir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktı elan olunur.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.скачать dle 11.3
Mojo.az Banner