Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb

29.06.2021 19:59 825
Azərbaycan Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb
Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterin vurulması ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə "RİA Novosti"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda istintaq davam edir.

"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanılıb, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”, – mətbuat xidmətinin rəhbəri bildirib.

G.Səlimzadə vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: "Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.

Son xəbərlər