Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda 1 tondan artıq çətənə kolu yandırıldı

29.06.2021 11:19 861
Ağsuda 1 tondan artıq çətənə kolu yandırıldı
Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2 670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

Son xəbərlər