Mojo.az Banner
17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

Avstraliya gələn ilin sonuna qədər sərhədləri açmayacaq

22.06.2021 12:35 927
Avstraliya gələn ilin sonuna qədər sərhədləri açmayacaq
Avstraliya sərhədləri koronavirusun yayılması səbəbindən 2022-ci ilin dekabrına qədər bağlı qalacaq.

Bu barədə ölkənin baş naziri Skott Morrison 2GB radiosuna müsahibəsində deyib.

“G7” zirvəsi üçün getdiyi Böyük Britaniya səfərindən sonra karantində qalan baş nazir bildirib ki, 2022-ci il dekabrın sonuna qədər beynəlxalq səyahətlərin bərpa edilməsi barədə danışmaq hələ tezdir:

“Ümid edirəm ki, 2022-ci il Milada qədər bunu edə biləcəyik. Digər ölkələrdə olduğu kimi epidemiyanın baş verməməsinə diqqət yetirməliyik. Nə baş verdiyini izləyəcəyik və mütəxəssislərimizdən məsləhət gözləyəcəyik”.

Avstraliya səlahiyyətliləri pandemiya ilə əlaqədar olaraq dövlətin sərhədlərini 24 mart 2020-də bağlayıblar. Hazırda Avstraliyaya giriş bütün əcnəbilər üçün tamamilə qadağandır. Ölkənin vətəndaşları və daimi sakinləri xaricdən evlərinə qayıda bilər.

Avstraliya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, pandemiya başlayandan ölkədə 30 335 yoluxma qeydə alınıb. Onlardan 29 293-ü sağalıb, 910 nəfər ölüb. 22 fevraldan başlayan ümummilli vaksinasiya çərçivəsində 6,5 milyon nəfərə peyvənd vurulub.скачать dle 11.3
Mojo.az Banner