Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Grandmart” və “Karvan" ticarət mərkəzlərində qanun pozuntuları aşkarlanıb

21.06.2021 20:37 2 307
“Grandmart” və “Karvan
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

İyunun 17-də keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda "Catre" MMC-də, İlhamə Həsənovaya məxsus mağazada, Nərimanov rayonunda İlkanə Ömərovanın “Uşaq geyimləri mağazası”nda, Nəsimi rayonunda Elxan Əsədova məxsus “Market”də, Nizami rayonunda “Grandmart” ticarət obyektində, Səbail rayonunda Şamo Abuzərovun ərzaq mağazasında, Suraxanı rayonunda "Tatlı şirniyyat mağazası”nda, Xətai rayonunda Tacirə Əliyevaya məxsus “Uşaq geyimləri mağazası”nda, Xəzər rayonunda “Baku Tİcarət Mərkəzi”ndə, Yasamal rayonunda Maarif Abışova məxsus mağazada, Gəncə şəhərində "Azəri xatun geyim mağazası”nda, “Papatya” ticarət obyektində, Rauf Məmmədova məxsus çörək istehsalı müəssisəsində, Sumqayıt şəhərində “Karvan Ticarət Mərkəzi”ndə, “Emil market”də, ümumilikdə 19 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər