Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

FIFA Meksikanı cəzalandırdı

19.06.2021 22:23 1 257
FIFA Meksikanı cəzalandırdı
FIFA Meksika Futbol Federasiyasına sanksiya tətbiq edib.

"Report"un məlumatına görə, buna Meksika yığmasının azarkeşlərinin cinsi şüarları səbəb olub. Fanatlar Dominikan Respublikası (18 mart) və ABŞ (24 mart) milliləri ilə görüşlərdə belə hərəkətə yol veriblər.

Ali futbol qurumunun İntizam Komitəsinin qərarına əsasən, Meksika yığması DÇ-2022-nin qarşıdakı iki seçmə oyununu azarkeşsiz keçirəcək. Federasiya isə 60 000 İsveçrə frankı (təqribən 55 000 avro) cərimə ödəyəcək.

Qeyd edək ki, növbəti oyunlar sentyabrın 2-də Yamaykaya və oktyabrın 7-də Kanadaya qarşı olacaq.

Son xəbərlər