Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2020: Final oyunu Londondan alına bilər

18.06.2021 20:16 1 479
AVRO-2020: Final oyunu Londondan alına bilər
Futbol üzrə Avropa çempionatının final oyunu İngiltərənin London şəhərindən alına bilər.

Həlledici qarşılaşmanın Macarıstanın payaxtı Budapeştdə gerçəkləşmə ehtimalı var.

Bu, "Uembli" stadionundakı görüşün dolu tribunalar önündə keçiriləcəyinə koronavirus üzündən təminat verilməyəcəyi təqdirdə baş verəcək. Budapeşt isə məhdudiyyətlərin olmayacağına zəmanət verib.

Artıq UEFA mümkün qərarı barədə Böyük Britaniyanın baş naziri Boris Consonu məlumatlandırıb və Londondan konkret addımlar gözləyir.

Qeyd edək ki, final matçı iyunun 11-də keçirilməlidir. Təqvimə əsasən, "Uembli" yarımfinal oyunlarına da ev sahibliyi etməlidir.

Son xəbərlər