Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib

15.06.2021 20:16 2 859
Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib
Geely Design Shanghai dizayn bölməsi Vision Starburst adlı konseptual şutinq-breykini təqdim edib. Konseptlə birlikdə, Geely şirkətinin gələcək modellərində tətbiq ediləcək Expanding Cosmos və ya "Genişlənən Kosmos" yeni vizual fəlsəfəsi nümayiş olunub.

Median.Az
ted.az-a istinadən bildirir ki, konseptin maraqlı xüsusiyyətləri arasında bol miqdarda işıq elementləri, kuzovun qırıq xətləri və əlbəttə ki, ultra-müasir elektron sistemlər var.

Vision Starburst konsepti, dizaynerlərin fikrincə aramsız hərəkət hissi yaratmalı olan çoxlu qatları, kənarları və kəsişən xətləri olan mürəkkəb formaya malikdir. Avtomobilin ön tərəfində minimalist üçölçülü naxışı olan radiator barmaqlığı, böyük hava girişləri və üçbucaqlı fənərlər mövcuddur - bunların hamısı qırıq diod zolağı ilə dairəyə alınmışdır.

İnteryerdə də təkrarlanan əsas mövzu, animasiya şəkilləri yaradan işıq zolaqları və ya "kosmik şüalardır". Onlardan arxa fənərlərdə, ön panelin qrafikasında və avtomobilin iş rejimlərindən asılı olaraq rəngini dəyişdirən təkər tağlarında da istifadə olunur: yükləmənin, parkinqin və hərəkətin də öz çalarları mövcuddur.

Onunla birlikdə interyerin işıqlandırması da dəyişir. Vision Starburst konseptinin salonunda mərkəzində kiçik monitor olan "kəsilmiş" sükan çarxını, iri virtual cihazlar panelini və multimedia sisteminin şaquli ekranı görmək olar. "Süzən" mərkəzi tuneldə transmissiyanın qeyri-adi dəstəyi var ki, seçilmiş ötürmədən asılı olaraq onun üzərində işıq xətləri yanır.

Yaradıcıları konsept avtomobilinin infrastruktur obyektləri və "ağıllı yollar" ilə "ünsiyyət qurma", habelə digər nəqliyyat vasitələrinə məlumat ötürmə qabiliyyətinə malik olduğunu bildirirlər. Çox güman ki, bu opsiyalar, yeni dizayn dilinin bir sıra aspektləri kimi, gələcəkdə Geely markasının "əmtəə" modellərində tətbiq ediləcəkdir. Vision Starburst isə şou avtomobili olaraq qalacaqdır - onun seriyaya getməsi planlaşdırılmır.

Son xəbərlər