Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır

15.06.2021 18:57 849
DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan yutub kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. R.Quliyev daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını qıraraq lentə almışdı. Daha sonra həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.скачать dle 11.3
Mojo.az Banner