AQTA quş qripi ilə bağlı 44 ölkəyə məhdudiyyət tətbiq edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət  |     22:56 Təmir xərcləri baha başa gələ bilər: Ən etibarsız avtomobil istehsalçısı açıqlandı  |     22:49 İranda zavodda partlayış: Ölən və yaralananlar var  |     22:27 Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ - VİDEO  |     22:19 Daha bir taksi sürücüsü müştərisinə qarşı dələduzluq edib  |     22:17 Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən  |     21:56 Professor Tamilla Məmmədova vəfat etdi  |     21:48 Bu rayonda yas verilməsi ləğv edildi  |     21:42 Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     21:40 Goranboyda maşın evə çırpıldı - Xəsarət alanlar var  |     21:33 Nikkei nəşri Yalçın Rəfiyevlə müsahibəni dərc edib  |     21:28 Tamilla Məmmədova vəfat etdi  |     21:00 Uğurlu uşaq böyütmək üçün 5 tövsiyə  |     20:53 Ukrayna Rusiyanın "Kinjal" daşıyan MiQ-31 təyyarəsini Savasleyka aerodromunda vurdu  |     20:47 Qlobal istiləşmənin əsas səbəbi açıqlandı  |     20:41 Cəlilabadda xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur  |     20:36 DSX-nin hərbçisi Biləsuvarda dəfn olunub  |     20:30 "Mərkəzi Asiya - Çin" sammiti iyunun 16-17-də Astanada keçiriləcək  |     20:23 Azərbaycan millisinin sabiq futbolçusu: "Uğursuzluq tilsimini Macarıstanla oyunda qırmaq çətin olar"  |     20:18 Peskov: Rusiya və Ukrayna danışıqları davam etdirməlidir  |    

AQTA quş qripi ilə bağlı 44 ölkəyə məhdudiyyət tətbiq edib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) "Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)” vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam edib, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir.

Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            834 14.06.21 20:38