Mojo.az Banner
12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan: Azərbaycanla Ermənistan arasında sülhməramlı funksiyasını yerinə yetirdik

12.06.2021 21:21 1 092
Gürcüstan: Azərbaycanla Ermənistan arasında sülhməramlı funksiyasını yerinə yetirdik
“Gürcüstan Azərbaycan və Ermənistan arasında özünün sülhməramlı funksiyasını və rolunu yerinə yetirib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın cavab addımları böyük nailiyyət və ciddi işin nəticəsidir.

XİN başçısı bu gün baş tutmuş prosesin irəliləyiş olduğunu bildirib: “Bu proses bu gün və ya ötən günün işi deyil. Son iki-üç ayda biz əsas strateji tərəfdaşımızla fəal iş apardıq və nəticə əldə olundu. Şadam ki, bu gün belə nəticəmiz var və mən ilk növbədə, qonşularımız - strateji tərəfdaşımız Azərbaycana və tərəfdaşımız Ermənistana xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

D.Zalkaliani qeyd edib ki, bölgədə dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır: “Çünki yalnız bu halda regionun inkişaf perspektivi var. Hesab edirəm ki, bugünkü addım irəliyə atılmış ən mühüm addımlardan biridir və gələcəkdə nəticələrini biz mütləq görəcəyik. Biz buna hazırıq və bu prosesi əsas strateji tərəfdaşımızla mütləq inkişaf etdirəcəyik”.скачать dle 11.3
Mojo.az Banner