Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İranda yerli dərmanla peyvəndləmə başlandı

12.06.2021 19:18 1 023
İranda yerli dərmanla peyvəndləmə başlandı
Məşhəd şəhərində İranın koronavirusa qarşı yerli istehsalı olan "COVIran Barakat" dərmanı ilə peyvəndləmə başlanılıb.

“Report” İRİB-ə istinadən xəbər verir ki, Məşhəd Tibbi Elmlər Universitetinin səhiyyə vitse-kansleri Seyid Kazım Fərəhmənd 3350 doza dərmanın onlara çatdırıldığını bildirib: “Müqəddəs Məşhəd şəhəri İranın "COVIran Barakat" dərmanının vurulduğu dörd şəhərdən biridir”.

Universitet nümayəndəsi yaxın vaxtlarda 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılacağını, 70-75-80 yaş qruplarında isə davam etdiriləcəyini deyib.

Son xəbərlər