Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur restoranda toy keçirildi, sahibi cərimələndi

12.06.2021 17:05 1 578
Məşhur restoranda toy keçirildi, sahibi cərimələndi
“Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı fakt öz təsdiqini tapıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Bildirilib ki, sosial şəbəkədə yayılan görüntülər əsasında, ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb:

“Araşdırma zamanı məlumatlar öz təsdiqini tapıb. Məlum olub ki, ötən gün, yəni iyunun 11-də axşam saat 19:00-dan 22:30 radələrinə qədər azsaylı qonaqların iştirakı ilə olsa da “Mona Liza” restoranında toy məclisi keçirilib. Bu səbəbdən restoranın sahibi Şəmsi Şıxıyev və restoranın administratoru Musa Balazadəyə karantin qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə protokollar tərtib edilib.

Belə ki, protokola əsasən, “Mona Liza” restoranın sahibi Ş.Şıxıyevə 4 min manat məbləğində cərimə tətbiq edilib”.

DİN rəsmisi onu da əlavə edib ki, restoran sahibinə Nazirlər Kabineti yanında operativ qərargahın tərtib etdiyi karantin qaydalarına ciddi şəkildə riayət etmələri barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, bəzi məlumatlara görə, “Mona-Liza” restoranı BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsusdur.скачать dle 11.3
Mojo.az Banner